Goranboydakı ailə faciəsinin səbəbi.... - TƏFƏRRÜAT

Goranboydakı ailə faciəsinin səbəbi.... - TƏFƏRRÜAT
  04 Noyabr 2014    Oxunub:1922
Oktyabrın 1 də Goranboyun Səfikürd kəndində 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun qardaşı 30 yaşlı Afiq Hüseynov bu gün yaşadıqları ata evinin həyətində intihar edib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Afiq Hüseynov özünü həyətdəki yardımçı binanın çardağından asıb. Yaxınları əvvəlcə Afiqə bir neçə dəfə zəng etdikdən sonra hadisə baş verən evə gəliblər və Afiqi Çardaqda asılı vəziyyətdə görüblər. Mərhumun qardaşı Faiq Hüseynovun sözlərinə görə qardaşları Rafiqin törətdiyi kütləvi qətldən sonra ailələrinin qınaq obyektinə çevrilməsi Afiqə pis təsir edib. Faiq Hüseynovun fikrincə qardaşını intihar etməsinə səbəb də elə bu olub.

"O da bu hadisəyə dözə bilmədi. Dedi dözə bilmərəm ki mənim bütün ailə üzvlərim çöllərdədi. Bizə də təzyiq göstərməsələr də çox pis vəziyyət alınıb keçmiş hadisəylə əlaqədar. Camaat da bizi qınağa tutmuşdu. Bizim kənddən çıxma məsələmizi qoymuşdular. Bu da insandı da dözə bilmədi", deyə Faiq Hüseynov bildirdi.

Oğlunu intihar etdiyi xəbərini alan 73 yaşlı Müzəffər Hüseynov da evə çatdıqdan sonra infarkt keçirib və dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, məlum hadisədən sonra ailə üzvləri evdə yaşamırmış və Afiq intihar edən zaman evdə heç kim olmayıb. Hər iki meyit müayinə olunmaq üçün MTE və PA birliyinin Goranboy rayon şöbəsinə gətirilib. Hadisə yerinə Goranboy rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları da gəlib.

Prokurorluğun böyük müstəntiqinin sözlərinə görə, intiharın səbəbləri barədə hələ bir şey demək tezdir. Hazırda faktla bağlı Goranboy rayon prok da AZ. Res. CM-nin 125-ci maddəsiyylə cinayət işi açılıb və istintaq nəticəsində intiharın səbəbləri bilinəcək.

Hazırda baş vermiş faktla əlaqədar Goranboy rayon prokurorluğunda araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti