Biləcəri və Sulutəpəni su basdı

Biləcəri və Sulutəpəni su basdı
  04 Noyabr 2014    Oxunub:1757
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri və Sulutəpə qəsəbələrində 13 fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi texnika vasitəsilə həmin ərazilərdən suyu çəkib, suyun həyətlərə axınının qarşısını alıb, həmçinin, 31 nəfərə müvafiq köməklik göstərib.

Əməliyyat saat 20:58-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti