Səhəri tıxacla açan Bakı - FOTOLAR
`Səhər saat 8-də evdən çıxırıq ki, işə vaxtında gedək, gəlib bu yolda saatlarla tıxacda gözləməli oluruq. Nobel prospektində, Afiyəddin Cəlilov küçəsində demək olar ki, hər gün tıxac olur. Yol polisi tıxacın qarşısını ala bilmir`-deyə sürücülər şikayətləniblər.
Tıxacın yaranmasına səbəb kimi, hansısa yüksək çinli məmurun bu yoldan istifadə etməsi göstərilir. Belə ki sürücülərin sözlərinə görə, səhər saatlarında Afiyəddin Cəlilov küçəsi yarım saata yaxın yol polisi tərəfindən bağlanır. Bu da tıxaclara gətirib çıxarır.
Anar Rüstəmov