Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  29 Oktyabr 2014    Oxunub:1445
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, bəzi şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti