Bakıda məşhur mağaza qarət olundu

Bakıda məşhur mağaza qarət olundu
  29 Oktyabr 2014    Oxunub:1748
Bakıda məşhur “Grandmart” marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar.

Hadisə vaxtı mağazada gözətçi olmayıb. Kamera görüntülərinə əsasən, qarətçilər maskalı olub. Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir.


Teqlər:





Xəbər lenti