“İdmançılar buradan getmək istəməyəcəklər”

“İdmançılar buradan getmək istəməyəcəklər”
  30 Aprel 2013    Oxunub:1332
Koordinasiya üzvləri Bakıda keçriləcək 2015-ci Avropa Oyunları ilə bağlı tikilən müxtəlif obyektlərdə, o cümlədən Olimpiya kəndində olublar.
Bakı 2015 Avropa Oyunlarının AOK Koorindansiya Komissiyasının birinici görüşünün sona çatması münasibətilə mətbuat konfrasnı təşkil olunub. AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, bu tarixi əhəmiyyətli tədbir olub. İki gün ərzində koordinasiya üzvlərinin iştirakı ilə iclas keçrilib. Koordinasiya üzvləri Bakıda keçriləcək 2015-ci Avropa Oyunları ilə bağlı tikilən müxtəlif obyektlərdə, o cümlədən Olimpiya kəndində olublar.

“Orada idmançılarımızın qalacağı yer və hazır olan bir mənzillə tanış olublar və hətta bildiriblər ki, əgər idmançılar buranı görsələr buradan getmək istəməyəcəklər”.

Daha sonra Avropa Olimpiya Komitısinin prezidenti Patrik Hiki çıxış edib və bildirib ki, Azərbaycana artıq 5-ci səfərləridir.

“Azərbaycana hər dəfə gələndə burada inkişaf səıviyyəsinə heyran oluram. Qarşımızda ciddi iş dayanır. Cənab nazirin də qeyd etdiyi kimi bir sıra işlər görülüb. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu çox yaxşı hadisədir ki, cənab prezident İlham Əliyev eyni zamanda Milli olimpiya Komitəsinin sədridir. Biz dünənlə prezident, birinci xanımla görüşdük. Belə komanda ilə işləmək çox şərəflidir. Mehriban əliyeva eyni zamanda Gimnastika Federasiyasının prezidnetidir, kifayət qədər idmanı sevir. Bütün komanda çox yaxşı iş abu-havası ilə işləyir”.

Koordinasiya komissiyasının sədri və Yunan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos da vurğulayıb ki, iki gün çox məhsuldar gün olub, işgüzar görüşlər keçirilib.

“Gördüyümüz işlər bizi çox həvəsləndirdi. Bizi ilk dəfə ruhlandıran prezidentin, birinci xanımın burada iştirakı, onların verdiyi töfhədir. 2015-ci ilin iyununda ilk Avropa Oyunları Bakıda keçriləcək. Iki illik müddət çox qısadır, görüləcək bir çox işlər var. İki il ərzində idmançıların üzrəində əsas nəzər olacaq. Çünki burada Avropanın əsas idmançıları iştirak edəıcək. Olimpiya kəndinə getmişdik, çox yaxşı yaşayış şəraiti təmin olunub”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti