Bakıda bu qədər müəllim var - RƏQƏMLƏR

Bakıda bu qədər müəllim var - RƏQƏMLƏR
  30 Aprel 2013    Oxunub:1111
Onlardan 27 min 502-si qadın, 2 min 777-si kişidir.
Bakı şəhər üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, BŞTİ-nin yaranmasından alt il keçir. Bu illər ərzində şəhərimizin təhsil sistemində davamlı inkişafa yönələn əsaslı dəyişikliklərin, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi danılmaz faktdır. Təbii ki, bu inkişaf yolunda şərəfli olduğu qədər, çox çətin və məsuliyyətli peşə sahibləri olan dəyərli müəllimlərimizin əməyi əvəzsizdir.

Hazırda Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində 30 min 279 müəllim fəaliyyət göstərir. Onlardan 27 min 502-si qadın, 2 min 777-si isə kişidir. Son altı il ərzində Bakı şəhərinin 53 müəllimi “Tərəqqi” medalı, 97 pedaqoqu isə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən “Ən yaxşı müəllim”müsabiqəsi keçirilməyə başlanıb. Müsabiqənin keçirildiyi beş il ərzində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə çalışan 233 müəllim “Ən yaxşı müəllim” adını qazanıb.

Anar



Teqlər:  





Xəbər lenti