Baş nazir də şeyxi təbrik etdi

Baş nazir də şeyxi təbrik etdi
  30 Avqust 2014    Oxunub:1475
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Gürcüstan Patriarxlığının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 65 illik yubileyi münasibəti ilə təşkil etdiyi rəsmi qəbulda iştirak edib.
AzVision.az xəbər verir ki, mərasimdə iştirak edən gürcü baş nazir şeyxi ad günü münasibəti ilə təbrik edib.

"Bu gün Sizin 65 illiyinizi Gürcüstanda qeyd etmək üçün burada olmaq çox xoşdur. Siz 30 ildən artıqdır ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrisiniz və iki qardaş xalq arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər cür səy göstərirsiniz. Siz Gürcüstan və Azərbaycan arasında mehriban və sıx əlaqələrin inkişafı üçün mübarizə aparırsınız. Biz daim Sizin dəstəyinizi hiss edir və yüksək qiymətləndiririk".

Öz növbəsində, qəbulun gedişində bütün Gürcüstanın katolikos-patriarxı II İliya Qafqaz müsəlmanlarının dini liderinin bundan sonra da Azərbaycan və Gürcüstan arasında dost münasibətlərin inkişafına yardım edəcəyinə ümidini ifadə edib.

A.Paşazadə Baş nazirə və bütün Gürcüstanın katolikos-patriarxına səmimi qəbul üçün təşəkkürünü bildirib və Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın qorunub saxlanmasının vacibliyini qeyd edib.

Qəbulda, həmçinin Gürcüstan hökumətinin nazirləri, Patriarxlığın nümayəndələri, Gürcüstan və Azərbaycan parlamentlərinin deputatları iştirak ediblər.


Teqlər:





Xəbər lenti