Azərbaycanı tənqid edən Füle Bakıya gəlir

Azərbaycanı tənqid edən Füle Bakıya gəlir
  29 Avqust 2014    Oxunub:2376
Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-9-da Azərbaycanda səfərdə olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Avropa komissarının Azərbaycana səfərinin məqsədi Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak etməkdir.

Bu görüşün keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.

Ş.Fülenin Azərbaycan rəsmiləri ilə Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 8-də "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü ilə yanaşı, sentyabrda 9-da Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanla bağlı qərəzli çıxışları ilə yadda qalan Füle son hesabatında ölkəmiz əleyhinə fikirlər səsləndirmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti