49 jurnalistə qadağa qoyuldu

49 jurnalistə qadağa qoyuldu
  29 Avqust 2014    Oxunub:1242
Ukrayna Teleradio Şurası ölkəyə girişi qadağan olunacaq 49 rusiyalı jurnalistin siyahısını hazırlayıb.
AzVision.az-ın “Media forum” saytına istinadən məlumatına görə, bu gün şura üzvü Yuri Artyomenko siyahının Ukrayna Təhlükəsizlik Xidmətinə göndəriləcəyini açıqlayıb: “Siyahı vətəndaşların məlumatları əsasında hazırlanıb və müxtəlif mənbələrdə yoxlamadan keçib”.

Siyahının şuranın saytında yerləşdiriləcəyini deyən Artyomenko onun genişləndiriləcəyini istisna etməyib.

Siyahıya daxil olan jurnalistlər içərisində “Birinci kanal”, “RTP-Planeta”, NTV, “NTV-Mir”, “Rossiya”, “Rossiya-1”, “Rossiya-24”, REN-TV kimi tanınmış kanalların nümayəndələrinin adları var.


Teqlər:





Xəbər lenti