ABŞ və Suriya İŞİD-ə qarşı birləşdi

ABŞ və Suriya İŞİD-ə qarşı birləşdi
  26 Avqust 2014    Oxunub:1857
Suriya terrorçuluqla mübarizədə ABŞ-a kömək etməyə hazırdır.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın xarici işlər naziri Valid Muallem bildirib.

Suriya xarici işlər naziri bəyan edib ki, onun ölkəsi rəsmi Vaşinqtona İŞİD bazalarını bombalamaq üçün birgə fəaliyyət göstərmək barədə təklif ünvanlayıb.

Muallim həmçinin bildirib ki, əgər ABŞ bu ölkənin ərazisində İŞİD hərbi bazalarına aviazərbələr endirmək istəyirsə, o, əvvəlcədən Suriya rəhbərləyini xəbərdar etməlidir: “Bundan başqa digər hərbi əməliyyatlar Suriyaya qarşı təcavüz hesab olunacaq”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti