Ölü sayı 60-a çatdı

Ölü sayı 60-a çatdı
  26 Avqust 2014    Oxunub:1336
Yaponiyanın Hirosima prefekturasında güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60-a çatıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən, avqustun 20-də Hirosima prefekturasına üç saat ərzində 200 millimetrdən çox yağıntı düşüb. Torpaq sürüşməsi nəticəsində 10-a yaxın ev dağılıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti