Ərdoğanın andiçməsinə Nalbandyan gedəcək

Ərdoğanın andiçməsinə Nalbandyan gedəcək
  26 Avqust 2014    Oxunub:2280
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Ermənistan iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan rəhbərliyi qərar qəbul edib.

Qərara əsasən, Ərdoğanın andiçmə mərasimində Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan iştirak edəcək.

Qeyd edək ki, Türkiyənin Ərdoğanın andiçmə mərasiminə Ermənistan rəhbərliyini dəvət etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Ərdoğana etiraz edərək bu addımın doğru olmadığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti