HƏMAS lideri baldızları ilə evləndi

HƏMAS lideri baldızları ilə evləndi
  26 Avqust 2014    Oxunub:2546
Bir müddət əvvəl İsrail aviasiyasının bombardmanı nəticəsində arvadı, qızı, oğlu həlak olan "Həmas"ın döyüş qanadının lideri Məhəmməd Deyf baldızları ilə evlənib.

AzVision.az-ın məlumatına görə, publika.az Britaniyanın "Sunday Times" qəzetinə istinadən xəbər verir ki, bu haqda onun qayınanası, 61 yaşlı Zean Asfura danışıb. O bildirib ki, arvadını itirən yeznəsinin onun digər iki qızı ilə evlənməsindən qürur duyur.

Zean Asfura bu qızlarının da həlak olacağından qorxmadığını deyib.

Xatırladaq ki, Məhəmməd Deyfin evi İsrail raketi ilə partladılarkən onun həyat yoldaşı Vibad Deyfə və 2 uşağı həlak olmuşdu. İsraillilər Məhəmməd Deyfi terrorçu elan edərək onu yüzlərlə yəhudinin ölümündə suçlu bilirlər.


Teqlər:  





Xəbər lenti