Güldən prezident kimi son mesajlar

Güldən prezident kimi son mesajlar
  26 Avqust 2014    Oxunub:2153
Türkiyənin fəaliyyət müddəti başa çatan prezidenti Abdulla Gül xalqa vida müraciəti edib.
AzVision.az xəbər verir ki, Gül müraciətində siyasi mənsubiyyətinin olmasına baxmayaraq prezidentliyi dövründə tərəfsizliyini qoruduğunu diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən seçilən son prezident olduğuna toxunan Abdulla Gül 7 illik hakimiyyəti ərzində diqqətlə bitərəfliyi qorumağa və ədaləti olmağa çalışdığını ifadə edib.

`Türkiyə Böyük Millət Məclisi tərəfindən seçildiyim Prezident vəzifəsində əvvəlcə, Çankayanın qapılarını sizlərə, xalqımıza, açdım. Dövləti və milləti qucaqlaşdırdım, qaynar əhval-ruhiyyə yaratdım. Konstitusiya ilə dövlət qurumları arasında əlaqəni ən yaxşı şəkildə təmin etməyə çalışdım`.

Abdullah Gül prezident olduğu müddətdə dini ibadət, hicab məsələsi və vicdan azadlığı ilə bağlı ciddi addımlar atıldığını, milli və dini azlıqlarla dövlət arasında münasibətlərin yaxşılaşması üçün çalışdığını qeyd edib.

`Ölkədə din və ibadət azadlığının dünyəvilikdə səhv tətbiq olunmasına qarşı çıxdım və bunu hər zaman dəstəklədim. Hicab məsələsinin ölkəmizi bölməsinə dövlətimizin ən üst səviyyəsində son verdiyimi gördünüz.

Kürd əsilli vətəndaşların tarixdən qaynaqlanan mədəni, humanitar, siyasi və iqtisadi problemlərinin həlli üçün edilən işlərə dəstək verdim`.

AzVision.az


Teqlər:  





Xəbər lenti