ABŞ İŞİD-i bombaladı

ABŞ İŞİD-i bombaladı
  25 Avqust 2014    Oxunub:1501
Amerika Birləşmiş Ştatları İŞİD-in İraqdakı mövqelərinə hava zərbələri endirib.
ABŞ-ın Hərbi Hava Qüvvələri İraq-Şam İslam Dövlətinin ( İŞİD) mövqelərini hədəfə alıb. ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə İŞİD-in movqelərinə iki dəfə zərbə endirilib.

Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub. Onlardan biri Mosulda digəri isə Ərbildə iki zirehli maşını məhv edib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama avqustun 8-də İraqda islamçı qüvvələrə zərbələr endirilməsi və İraq, eləcə də kürd qoşunlarına yardım edilməsi barədə əmr verib. O vaxtdan başlayaraq Mərkəzi Komandanlıq İŞİD-in mövqelərinə 96 zərbə endirib. Onlardan 62-si Mosulda qeydə alınıb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti