Məşhur aktyorlar Qəzza qətliamını dəstəkləyir

Məşhur aktyorlar Qəzza qətliamını dəstəkləyir
  25 Avqust 2014    Oxunub:2575
Dünyaca məşhur Hollivud aktyorları Arnold Şvartsenegger və Silvestr Stallone İsrailin Qəzzadakı əməliyyatlarına dəstək veriblər.
AzVision.az xəbər verir ki, bir qrup Hollivud ulduzunun imzaladığı bəyanatda İsrailə qarşı boykot kampaniyası qınanıb. Bir aydır ki, davam edən və 2 minə yaxın insanın ölümünə səbəb olan Qəzza əməliyyatlarını dəstəkləyən bəyanatda deyilir:

“HƏMAS-ın İsrailə raket atmağı və öz insanlarını girov saxlaması qəbuledilməzdir. Xəstəxanalar silah gizlətmək üçün yox, insanları sağaltmaq üçündür. Məktəblər mərmi atmaq yox, təhsil vermək üçündür. Uşaqlar bizim ümidimizdir, canlı qalxanlarımız deyil”.

Bəyanatı imzalayan məşhurlar arasında rejissor İvan Reytman, yazıçı Aron Sorkin, bundan başqa ssenarist Maykl Rotenberq və Avi Lerner də var.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti