Luqanskda kritik vəziyyət: 68 yaralı (VİDEO)

Luqanskda kritik vəziyyət: 68 yaralı (VİDEO)
  24 Avqust 2014    Oxunub:1647
Şəhərdə işıq və su yoxdur, mobil, stasionar əlaqə işləmir
Hadisələrin 21-ci günü Luqanskda vəziyyət son dərəcə kritik olaraq qalır: işıq və su yoxdur, mobil və stasionar əlaqə işləmir, bir gün ərzində 68 dinc sakin yaralanıb.

Bu haqda Şəhər sovetinin mətbuat xidməti bildirib.

Sakinlər deyir ki, "Rusiya meyilli separatçılar Luqanskda atəş açmağa davam edirlər. Yerli mətbuatın xəbərlərinə görə, ötən gün ərzində yalnız Luqanskda silahlı qarşıdurmalar zamanı 68 dinc sakin yaralanıb.

BMT-ın rəsmi saytının informasiyasına əsasən, Luqanska gəlmiş Qırmızı Xaçın Beynəlxalq komitəsinin əməkdaşları bildiriblər ki, şəhərdə ağır humanitar vəziyyət hökm sürür.

Yaşayış binalarının və infrastruktur obyektlərinin yeni dağıntıları qeydə alınıb. Şəhər sakinləri bildirirlər ki, Sovet küçəsində evlər daha ciddi zərər çəkib. Məhsulların şəhərə çatdırmalarında vəziyyət çox ağırdır, dərmanlar yoxdur, yanacaq çatışmır. Əvvəlki kimi Luqanskın ərazisində maaşların, pensiyaların və sosial ödəmələrin ödəmələri həyata keçirilmir.(ans)





Teqlər:





Xəbər lenti