"Azərbaycanlı deyiləm..." - Yüksək mükafat alan alim

"Azərbaycanlı deyiləm..." - Yüksək mükafat alan alim
  22 Avqust 2014    Oxunub:3484
Avqustun 12-də riyaziyyat sahəsində nüfuzlu beynəlxalq "Filds" medalı gənc ABŞ professoru Məryəm Mirzəxaniyə verildi.
Xəbər yayılandan dərhal sonra 37 yaşlı alimin mənşəyi Azərbaycanda çoxlarında maraq doğurdu. Bəzi media qurumları bu mükafatın ilk qadın laureatı olan Məryəm Mirzəxaninin İran azərbaycanlısı olduğunu yazdı.

AzVision.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün "Azadlıq" radiosu Məryəm Mirzəxaninin bilavasitə özünə müraciət edib. Medianın xəbərlərini təkzib edən Məryəm Mirzəxani deyib:

"Bildiyim qədər, mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Ailəmdə azərbaycanlı mövcud deyil, nənə və babalarım Tehran yaxınlığında yerləşən kənddəndirlər”.

Onun azərbaycanlı olması haqda məlumatların haradan qaynaqlanmasından xəbərsiz olduğunu bildirən gənc professor əlavə edib: "Əlbəttə ki, Tehranda böyüdüyüm üçün mənim çoxlu yaxşı azərbaycanlı dostlarım var və mənim bu kültürə böyük hörmətim var. Bütün hallarda hesab edirəm ki, belə məsələlərin əhəmiyyəti böyükdür”.

Qeyd edək ki, 40 yaşa qədər riyaziyyatçı alimlərə verilən "Filds" medalı əhəmiyyətinə görə az qala Nobel mükafatına bərabər tutulur.


Teqlər:





Xəbər lenti