ABŞ İŞİD-ə qarşı ordu göndərir

ABŞ İŞİD-ə qarşı ordu göndərir
  21 Avqust 2014    Oxunub:2479
ABŞ hakimiyyəti İraqda yerləşən müəssisələrinin qorunması üçün bu ölkəyə əlavə hərbi koningentin göndərilməsi imkanını nəzərdən keçirir.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Hazırda biz İraqa 300 nəfərdən ibarət dəstənin göndərilməsi məsələsini müzakirə edirik” – deyə, ABŞ hökumətindən olan mənbə agentliyə bildirib. O, vurğulayıb ki, əlavə qoşunun göndərilməsini Dövlət Departamenti təklif edib. Lakin bu məsələ ilə bağlı Pentaqon hələ yekun qərar verməyib.

Qeyd edək ki, daha əvvəl Pentaqon İraqa 300 nəfər hərb müşavirdən ibarət kontinget göndərmişdi. ABŞ hərbçiləri və texnikası Bağdad hava limanı və bir sıra digər müəssisələri qoruyur. Rəsmi Pentaqon iddia edir ki, bu tədbirlər İraqdakı ABŞ vətəndaşları və yerli əhalini qorumaq üçün atılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti