Bəzi mallar gömrük rüsumundan azad ediləcək

Bəzi mallar gömrük rüsumundan azad ediləcək
  23 Aprel 2013    Oxunub:1630
“Məqsəd malları rüsumlardan azad etmək, eləcə də inhisarçılığın, monopoliyanın qarşısın almaqdır"
Ölkədə bəzi malların idxalı gömrük rüsumundan azad ediləcək. Bununla bağlı yaxın günlərdə Milli məclisdə yeni Gömrük tarifi haqqında qanun layihəsinin qəbulu gözlənilir. Layihədə qeyd olunur ki, gömrük rüsumlarından müəyyən yükləri, eyni zamanda dənizdə balıq ovlayan Azərbaycan gəmilərini və Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat, tədarük malları, yanacaq, ərzaq, dərman və digər məhsullar gömrük rüsumundan azad edilir. Millət vəkili Vahid Əhmədov isə deyir ki, burda əsas məqsəd malları rüsumlardan azad etmək, eləcə də inhisarçılığın, monopoliyanın qarşısın almaqla bağlıdır.

Mütəxəssislər isə hesab edirlər ki, daxili bazarı qorumaq, ixracatı artırmaq üçün ölkədə rəqabət qabiliyyətli məhsullar istehsal edilməlidir. Əks təqdirdə nə daxili bazarın qorunmasında, nə ixracatda ciddi nailiyyətlər əldə etmək mümkün deyil.

Qeyd edək ki, yeni qanun layihəsində Azərbaycanın milli valyutası, xarici valyuta və qiymətli kağızlar da gömrük rüsumundan azad edilir. Həmçinin, miqrantların sərhəddən keçərkən şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətləri gömrük rüsumundan azad olunur.


Teqlər:  





Xəbər lenti