Dünya Kubokunda iştirak edəcək gimnastlarımız bəlli olub

Dünya Kubokunda iştirak edəcək gimnastlarımız bəlli olub
  16 Fevral 2025    Oxunub:691
Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kuboku martın 6-dan 9-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti