Həftəsonu da qəza və ölüm

  21 Aprel 2013    Oxunub : 511
Həftəsonu da qəza və ölüm
Fövqəladə Hallar Nazirliyininin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Bakının Xəzər rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

AzVision.az-ın FHN rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1986-ci il təvəllüdlü Əhmədov Ruslan Oqtay oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadnlıqlar vasitəsilə R.Əhmədovun cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil verıb.

Teqlər: