İtaliya Azərbaycanın nailiyyətlərindən danışdı

İtaliya Azərbaycanın nailiyyətlərindən danışdı
  20 Aprel 2013    Oxunub:1431
İtaliyanın məşhur RAİ-1 televiziya kanalında Bakıda keçirilmiş Dünya İqtisadi Forumu haqqında reportaj yayımlayıb
İtaliyanın nüfuzlu RAİ-1 televiziya kanalında Bakıda keçirilmiş Dünya İqtisadi Forumuna və Azərbaycanın iqtisadi nailiyyətlərinə həsr edilmiş reportaj yayımlayıb. Reportajın müəllifi jurnalist Covanni Mazotti bildirib ki, foruma ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Əliyev bu ölkənin əldə etdiyi uğurların yaradıcısıdır.

Məhz İlham Əliyevin həyata keçirdiyi islahatlar sahəsində Azərbaycan dünyada dinamik inkişaf edən iqtisadiyyata malik olub. Neft gəlirlərinin səmərəli istifadəsi və iqtisadiyyatın şaxələndirilməsi büdcə gəlirlərini artırıb, əhalinin güzəranı yaxşılaşıb.

Sonra müəllif son 7-8 il ərzində Azərbaycan hökumətinin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlu nəticələri sadalayaraq bildirib ki, 9 milyon əhalisi olan respublikada yoxsulluğun səviyyəsi nəzərəçarpacaq dərəcədə - 7 faizə qədər aşağı düşüb, dünyada ən yüksək ümumi daxili məhsul (ÜDM) göstəricisinə və 50 faizlik sənaye istehsalı artımına nail olunub.

Müəllif qeyd etmişdir ki, Avrasiyanın Davosu adlandırılan bu forum Azərbaycan kimi ölkələrin böyük yüksəlişini, onların xüsusi ilə Avropadan sərmayəni cəlb etmək üzrə qeyri-adi bacarığını təsdiq edir.

İkinci yerdə isə Qazaxıstandır. Xarici investisiyalar ancaq neft sahəsinə yox, digər sahələrə də yatırılıb. Bu, iqtisadiyyatın hərtərəfli inkişafına təkan verir və infrastrukturun genişləndirilməsinə, vergi güzəştlərinin tətbiqinə, ixtisaslaşdırılmış işçi qüvvəsinin yaranmasına səbəb olur.

Reportajın sonunda bildirilib ki, Almaniya, Böyük Britaniya, Norveç, İtaliya, Fransa Azərbaycanın iri sərmayəçiləridirlər və bu ölkələrin şirkətləri Azərbaycanda çox fəaldırlar.

Dünya maliyyə və iqtisadi böhranı fonunda Azərbaycanın uğurları xüsusi ilə parlaq müşahidə olunur. Bu ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Avropa dövlətləri Azərbaycanla sıx iqtisadi və siyasi əməkdaşlıq edərək qarşılıqlı fayda əldə edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti