Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib

Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib
  05 Dekabr 2024    Oxunub:510
Xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı məqsədilə “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Baku Snow Sport şirkətinin dəstəyi ilə yeni marifləndirici layihəyə start verilib.
Layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanış etməkdir.

Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilib.

Görüş zamanı 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti