"Sülh sazişindən sonra Ermənistan Konstitusiyası dəyişdirilə bilər"

   "Sülh sazişindən sonra Ermənistan Konstitusiyası dəyişdirilə bilər"
  14 Noyabr 2024    Oxunub:374
"Nəzəri cəhətdən hər şey mümkündür".
Bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan İrəvanda keçirilən "Konstitusiya Məhkəməsinin qərarlarına hörmət" adlı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında dilə gətirib.

"Bakı və İrəvan arasında mümkün sülh sazişinin tam mətnini görmədən onun Ermənistan Konstitusiyasına uyğun olub-olmaması barədə mühakimə yürütmək düzgün deyil. Belə razılaşmalar riyazi dəqiqliyə malikdir və tərəflər üçün çox spesifik öhdəlikləri nəzərdə tutur. Sazişin konkret müddəaları ilə Konstitusiya arasında müqayisə aparırıq", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh-danışıqları  





Xəbər lenti