Yeni su elektrik stansiyası inşa olunur

Yeni su elektrik stansiyası inşa olunur
  19 Aprel 2013    Oxunub:2572
Naxçıvanda yeni su elektrik stansiyası inşa olunur
AzVision.az-ın məlumatına görə, Şərur rayonunda yeni “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılıb. Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov su elektrik stansiyasının tikildiyi əraziyə gəlib, tikintinin baş planına baxıb. “Arpaçay-2” Su Elektrik Stansiyasının gücü 1,4 meqavat, illik istehsalı isə 3,6 milyon kilovat-saat təşkil edəcək.

Elektrik stansiyasında 2 turbin və 2 generator quraşdırılacaq. Turbinlərin tam gücü ilə işləməsi üçün stansiyaya saniyədə 17 kubmetr su veriləcək. İstehsal olunan elektrik enerjisi yaxınlıqdan keçən 35 kilovoltluq elektrik verilişi xətti ilə şəbəkəyə ötürüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti