Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi ilə görüşüb - FOTOLAR

 Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi ilə görüşüb -    FOTOLAR
  02 May 2024    Oxunub:711
Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator Sitarə Ayaz ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və tədbir çərçivəsində keçirilən müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Bakının evsahibliyi ilə tədbirin təşkili, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfələri yüksək qiymətləndirilib.

Söhbət zamanı həmçinin Azərbaycan Milli Məclisi ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair də müzakirələr aparılıb. Azərbaycan parlamentinin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi, Milli Məclisin Beynəlxalq Parlamentarilər Konqresinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Türk Dövlətləri Parlament Assambleyası ilə institusional əməkdaşlığının qurulmasında mühüm rolu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər: Milli-Məclis   sədr   görüş  





Xəbər lenti