Təhsil Nazirliyi TQDK-ya cavab verdi
“Azərbaycan dili 4” dərsliyi üzrə verilən cavabda qeyd olunub ki, TQDK-nın rəyində qeydlər nömrələnməyib, iradlar qoyulmuş meyarlar üzrə düzgün qruplaşdırılmayıb. Nazirlik tərəfindən bəzi iradlar əsassız hesab edilsə də bəzi fikirlər qəbul edilib.
“Dərsliyin məzmunu baxımından bəzi rəylər ümumi şərh xarakteri daşıdığından və iradlar heç bir fakta əsaslanmadığından cavaba ehtiyac görülməyib. TQDK-nın qeydində rəyçilər bildirirlər ki, dərslikdə 102 mətn verilib. 20 mətn nəsr, 20-si mətn isə nəzm nümunəsidir. Bəs qalan 62 –si? Belə çıxır ki, qalanları dram əsəridir? Rəydəki qeydlərdə orfoqrafiya səhvi ilə bağlı heç bir irad göstərilmədiyi halda nəticədə qeyd olunur ki, “bir çox mətnlərdə…orfoqrafiya səhvləri çoxdur”. Bu ekspert şurasının qərəzli mövqedə durduğunu, nəyin bahasına olursa-olsun dərsliyə damğa vurmaq istəyini göstərir. Rəyçilər öz dil və üslublarına əl gəzdirsəydilər, daha yaxşı olardı. Ümumilikdə, “Azərbaycan dili 4” dərsliyi üzrə 72 tənqidi xarakterli qeyd verilib, onlardan 9-u qəbul edilib. Bunlar 34,42, 43, 65, 66, 67, 69, 70 və 115-ci səhifədəki səhvlər, “Yoldaşlıq köməyi” və “Nehrə” şeirlərinin müəllifinin qeyd edilməməsi ilə bağlı olan iradlardır”.
Həmin cavablarla daha ətraflı məlumat almaq üçün TQDK-nın rəsmi internet saytıan daxil ola bilərsiniz.
AzVision.az
Teqlər: