Azərbaycan - Bolqarıstan matçı heç-heçə ilə yekunlaşıb

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda hesabı 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev açıb. Komandamızın heyətində yeganə qola isə 87-ci dəqiqədə Musa Qurbanlı imza atıb.
Digər görüşdə isə Tanzaniya seçməsi Monqolustan yığmasını 3:0 hesabı ilə məğlub edib.
Arif Əsədovun başçılıq etdiyi kollektiv turnir çərçivəsindəki ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.
AzVision.az