Tərəvəz və paxlalılar bağırsaqların qıcıqlanmasını azaldır

Tərəvəz və paxlalılar bağırsaqların qıcıqlanmasını azaldır
  21 Mart 2024    Oxunub:1299
Avstraliyanın Dikina Universitetinin alimləri müəyyən ediblər ki, tərəvəz, meyvə və paxlalılarla zəngin Aralıq dənizi pəhrizi qıcıqlanmış bağırsaq sindromunun simptomlarını aradan qaldıra bilər.
Tədqiqatın nəticələri “Alimentary Pharmacology & Therapeutics” jurnalında dərc olunub. Altı həftəlik araşdırmada qıcıqlanmış bağırsaq sindromu olan 59 nəfər iştirak edib. Bu, qarın ağrısı və ya defekasiya pozğunluğu ilə özünü göstərən bağırsaqların disfunksiyasıdır.

Qıcıqlanmış bağırsaq sindromu həddindən artıq reaksiya verən bağırsaqda psixoloji və digər təsirlər səbəbindən inkişaf edir. Elm adamları subyektlərin sağlamlığı haqqında məlumat toplayıb və onları iki qrupa ayırıblar.

Birinci qrup Aralıq dənizi pəhrizinə riayət edib. Bu, çox miqdarda tərəvəz, meyvə, paxlalılar, yağlı balıq və süd məhsulları yeməkdən ibarətdir. İkinci qrupdan olan subyektlər adi pəhrizlərində heç bir dəyişiklik etməyiblər.

Pəhriz müdaxiləsinin nəticələri göstərib ki, Aralıq dənizi pəhrizində iştirak edənlərin 83%-də qarın ağrısı və şişkinliyin şiddətində azalma var. O da məlum olub ki, birinci qrupdakı iştirakçılarda nəzarət qrupu ilə müqayisədə depressiya əlamətləri daha az ifadə olunub.


AzVision.az


Teqlər:





Xəbər lenti