217 dəfə COVID-19 peyvəndi vurdurdu, immuniteti zəifləmədi

217 dəfə COVID-19 peyvəndi vurdurdu, immuniteti zəifləmədi
  15 Mart 2024    Oxunub:1201
Almaniyanın Fridrix-Aleksandr adına Universitetinin alimləri vaksinasiya ilə bağlı maraqlı araşdırma aparıblar.
AzVision.az xəbər verir ki, mütəxəssislər 217 dəfə COVID-19 peyvəndi vurdurmuş şəxsi tətdqiqatlarına qatılmağa dəvət ediblər. Məqsəd həddindən artıq peyvəndin orqanizmə təsirini qiymətləndirmək olub. Məlum olub ki, bu sayda vaksin olunmaq dərmanın immun sisteminin fəaliyyətində hansısa mənfi tendensiyalar yaratmır. Araşdırmanın nəticələri The Lancet-də dərc olunub.

Alimlər qəzetlərdən birində Maqdeburqdan olan 62 yaşlı kişinin hədsiz sayda peyvənd olunması (Hipervaksinasiya) barədə xəbər oxuyublar. Kişi bu qeyri-adi hadisə ilə bağlı bildirib ki, 29 ay ərzində 217 dəfə SARS-CoV-2-yə qarşı peyvənd olunub. Alman şəxsi səbəblərdən qəsdən bu qədər peyvənd olunduğunu iddia edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Vaksin  





Xəbər lenti