153 sərnişin daşıyan təyyarənin pilotlarını yuxu tutdu

153 sərnişin daşıyan təyyarənin pilotlarını yuxu tutdu
  11 Mart 2024    Oxunub:1696
İndoneziyada 153 sərnişin daşıyan təyyarədə maraqlı hadisə baş verib.
"Daily Mail"in yaydığı məlumata görə, iki pilot təyyarə səmada olarkən yarım saat yuxuya gedib. Hətta bu müddət ərzində layner öz kursundan kənara da çıxıb.

İnsident "Batik Air"ə məxsus təyyarənin göyərtəsində baş verib. Təyyarə lazımi uçuş səviyyəsinə qalxıb və avtopilota keçib. Kapitan uçuşdan əvvəl kifayət qədər yatmadığı üçün ikinci pilotdan qısa bir müddət yuxulamağa icazə istəyib. Onun həmkarı etiraz etməyib.

Amma bir neçə dəqiqə sonra ikinci pilot da yuxuya gedib. Dispetçerlər təyyarənin marşrutdan kənarda olduğunu görüblər və ekipajla əlaqə saxlamağa çalışsalar da, heç bir cavab almayıblar. Xoşbəxtlikdən kapitan yarım saat sonra özü də ayılıb, həmkarını da yuxudan oyandırıb.
Tural Tağıyev

AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti