Ərdoğan üçüncü dəfə namizədliyini irəli sürə biləcək

   Ərdoğan üçüncü dəfə namizədliyini irəli sürə biləcək
  10 Mart 2024    Oxunub:1241
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə yenidən dövlət başçısı postu uğrunda mübarizə aparacaq.
Bunu Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ deyib.

“Bu, prezidentimizin dediyi kimi, onun sonuncu seçkisidir. Çünki konstitusiyaya görə, prezidentlik müddəti beş ildir və bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Ancaq konstitusiyaya görə, parlament prezidentin ikinci dönəmində növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq", -Bozdağ X-də yazıb.

Lakin onun sözlərinə görə, bundan sonra nə baş verəcəyini və hansı qərarların qəbul oluna biləcəyini proqnozlaşdırmaq mümkün deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti