Benzinin üstünə siqaretlə gedən erməni polis - VİDEO

 Benzinin üstünə siqaretlə gedən erməni polis   - VİDEO
  07 Mart 2024    Oxunub:1102
Xəbər verdiyimiz kimi bu gün İrəvanda bir kişi etiraz əlaməti olaraq hökumət binasının qarşısında özünü yandırmağa cəhd edib.
O üstünə benzin tökə bilsə də, polis etirazçını cibindən alışqan çıxarmağa imkan verməyib.

Paşinyana etiraz edərək özünü yandırmaq istədi - VİDEO
İntihara cəhd videosu sosial şəbəkələrin erməni seqmentində geniş yayılıb. Maraqlıdır ki, yerli saytlar və sosial şəbəkə istifadəçiləri başından benzin tökən intiharçıya yaxınlaşan polisi lağa qoyurlar. Məsələ ondadır ki, bir nömrli strateji binanı qoruyan yüksək rütbəli polis məmuru başına benzin tökən erməniyə ağzında siqaretlə yaxınlaşıb.

Siyasi fəal Akop Karapetyan sosial şəbəkə hesabında yazıb ki, bu cür anormal peşəkarlığı ancaq İrəvan polisindən gözləmək olardı: “Hökumət binasının girişində vətəndaş əlində benzin özünü yandırmaqla hədələyir, polis polkovnik-leytenantı isə ağzında siqaretlə ona cumub faciənin qarşısını "qəhrəmancasına" alır. Halbuki hökumət binalarının təhlükəsizliyi belə qeyri-peşəkarlara tapşırılmamalıdır".

O qeyd edib ki, görünür polkovnik polislərə iş vaxtı tütündən, alkoqoldan istifadəninin qadağan edildiyini bilmirmiş Zabit bu cür anormal davranışı ilə hökumət binasının təhlükəsizliyini ayaq altına atıb.

Siyasətçi Vahe Qriqoryan da günün hadisəsini acınacaqlı durum kimi qiymətləndirib. O qeyd edib ki, ermənilər gülməli duruma düşmüş bir ölkədə yaşayırlar. Ancaq Ermənistanda polis üstünə benzin tökən vətəndaşın üstünə ağzında siqaretlə qaça bilər.

İrəvan Ağsaqqallar Şurasının üzvü Hovsep Kubatyan isə Facebook hesabında yazıb ki, açıq havada siqaret çəkmək qadağan olmasa da, hökumət binasının qarşısında benzinin üstünə siqaretlə gedən polis qınanmalıdır: "Ya o yanacaq benzin olmayıb, ya da siqaret artıq sönmüşdü. Amma böyük bəladan qaçdıq. Heç çöldə də siqaret çəkməyin”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polis  





Xəbər lenti