Tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

   Tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
  06 Mart 2024    Oxunub:1316
2024-cü ildə bütün məktəbəqədər təhsil müəssisələrində müəllim-tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib. O qeyd edib ki, proses yay aylarında baş tutacaq:

"İmtahanlar elektron qaydada, test formasında olacaq. Pedaqogika və nəzəriyyədən 60 sual veriləcək. Müəllim=tərbiyəçilər imtahanın tarixi və məkanı barədə ətraflı məlumatlandırılacaqlar".

E.Bağırov qeyd edib ki, tərbiyəçilərin sertifikasiya imtahanına 2025-ci ildən hissə-hissə başlanılacaq. O bildirib ki, 2026-ci ilə qədər 17 min tərbiyəçi sertifikasiya imtahanından keçəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti