"3000 manat maaş alan müəllimlər var"

  "3000 manat maaş alan müəllimlər var"
  06 Mart 2024    Oxunub:997
Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu, stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsilverənlərin öz üzərilərində çalışmaları, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir, digər tərəfdən isə onların maaşlarının artırılmasına təsir göstərir. Kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur. Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı olacağına dəlalət edir.
Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin martın 6-da keçirilən iclasında deyib. Komitə sədri bildirib ki, bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var.

“Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”, - deyə o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti