51 milyon manatlıq avtomobil təqdim edildi

51 milyon manatlıq avtomobil təqdim edildi
  02 Mart 2024    Oxunub:1217
“Rolls-Royce” şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni seriya istehsalı kabrioletini təqdim edib.
Qeyd olunur ki, söhbət şəxsi sifarişlə yaradılan “Arcadia Droptail” model avtomobildən gedir. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və dalberdiya ağacı ilə bəzədilib, onun yaradılması üçün səkkiz min saatdan çox vaxt sərf edilib.

Avtomobilin dəyəri 30 milyon dollar (51 milyon manat) təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti