Stil ikonası Apfel 102 yaşında vəfat edib

Stil ikonası Apfel 102 yaşında vəfat edib
  02 Mart 2024    Oxunub:1449
Amerikalı dizayner, kolleksiyaçı, dekor kraliçası və stil ikonası Ayris Apfel ABŞ-nin Florida ştatında 102 yaşında vəfat edib.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, dizaynerin ölümü barədə məlumat onun instaqram səhifəsində verilib.

Agentlik qeyd edib ki, Apfel parça mütəxəssisi olub. Onun əri ilə birlikdə qurduğu “Old World Weavers” şirkəti tekstil ticarəti və restavrasiya işlərində ixtisaslaşıb. Onun sifarişlərinə Ağ evdə bir neçə layihə daxildir.

Bununla belə, Apfel 2005-ci ildə Nyu-York Metropolitan İncəsənət Muzeyindəki sərgisi sayəsində məşhurlaşıb.
AzVision.az



Teqlər:





Xəbər lenti