Vaşinqton: “Putin məsuliyyətsiz bəyanatlar verir”

   Vaşinqton:    “Putin məsuliyyətsiz bəyanatlar verir”
  01 Mart 2024    Oxunub:756
Prezident Vladimir Putinin Rusiyanın Federal Məclisində çıxışı zamanı ölkəsinin ən müasir silahlara və nüvə başlıqlı balllistik raketlərə malik olması barədə Qərbə xəbərdarlığı ABŞ-da böyük rezonans doğurub.
AzVision.az Pentaqonun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ-nin Strateji Komandanlığının (STRATCOM) rəhbəri Entoni Kotton Rusiyanın dünyanın ən böyük və ən müxtəlif nüvə arsenalının sahib olduğunu bildirb.

Onun sözlərinə görə, bu qənaətə gəlməyin səbəbi ötən il “RS-28 Sarmat” qitələrarası ballistik raketin Rusiyada döyüş növbətçiliyinə qoyulması olub. Bundan əlavə, Rusiya qanadlı raketlər daşıyan nüvə sualtı qayıqlarını yaratmaq və onları döyüş növbətçiliyinə qoymaq proeseini davam etdirir.

“Rusiya öz nüvə potensialını modernləşdirir və genişləndirir. Bura ölkənin nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Sirkon” hipersəs raket sistemləri də daxildir”, - general Entoni Kotton vurğulayıb.

ABŞ Dövlət departamentinin sözçüsü Metyu Millər isə nüvə silahının istifadə olunmasının nəticələri barədə Rusiyaya xəbərdarlıq edib.

“Biz Vladimir Putinin belə məsuliyyətsiz ritorikasını ilk dəfə eşimirik. Nüvə silahına malik olan dövlətin liderinin belə bəyanatlar səsləndirməsi yolverilməzdir. Biz nüvə silahından istifadənin nəticələri barədə əvvəllər Rusiya ilə özəl və birbaşa müzakirələr aparmışıq”, - Miller deyib.

Onun sözlərinə görə, hələlik Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət olmasa da, ABŞ vəziyyəti yaxından izləməkdə davam edir. Amerikalı məmur, həmçinin İranın Rusiyaya ballistik raketlər satacağına beynəlxalq ictimaiyyətin dərhal cavab verəcəyini söyləyib. Onun sözlərinə görə, ABŞ Rusiya ilə İran arasında hərbi tərəfdaşlığa qarşı hərəkətə keçmək və cavab vermək qabiliyyətini nümayiş etdirib.

- Bu, İran və Rusiya arasında dərinləşən hərbi tərəfdaşlığın daha bir əlamətidir. Çünki biz dəfələrlə bu tərəfdaşlığın Ukrayna, İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərli olduğunu açıq şəkildə xəbərdar etmişik. Əgər İran irəliyə gedərək Rusiyaya ballistik raketlər satarsa, sizi əmin edə bilərəm ki, beynəlxalq ictimaiyyət buna tez cavab verəcək”, - Metyu Miller vurğulayıb.

Zelenski: “Ukrayna yeni torpaqlar itirə bilər”
Maraqlıdır ki, bir neçə gün bundan əvvəl Ukraynanın Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov İranın Rusiyaya ballistik raketlər verməsi barədə məlumatları təkzib edib. Onun dediyinə görə, bu xəbərlər həqiqətə uyğun deyil.

Halbuki, “Reuters” agentliyi öz mənbələrinə istinadən İranın bu ilin əvvəlindən Rusiyaya “yer-yer” tipli ballistik raketlərinin bir neçə partiyasını artıq göndərdiyi barədə dəfələrlə xəbər yaymışdı. Yeri gəlmişkən, Vaşinton da bu məlumatı rəsmi qaydada təsdiqləməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Putin  





Xəbər lenti