Britaniyada nazirliklər süni intellektdən istifadə edəcək

Britaniyada nazirliklər süni intellektdən istifadə edəcək
  29 Fevral 2024    Oxunub:1098
Böyük Britaniya hökuməti nazirlik və idarələrin səmərəliliyini artırmaq üçün süni intellekt alətlərini sınaqdan keçirir.
Bu barədə Böyük Britaniya baş nazirinin müavini Oliver Dauden məlumat verib. Süni intellekt alətlərinə ChatGPT-nin hökumət versiyalarından və açıq mənbəli AI modellərindən istifadə edərək departament rəhbərlərinin suallarına ilkin cavabları, eləcə də çoxsaylı sorğularını hazırlamaq daxildir.

Yeni süni intellekt alətlərindən biri də məlumatları ümumiləşdirmək, ictimai məsləhətləşmələrə cavabları çeşidləmək üçün nəzərdə tutulub. Dauden qeyd edib ki, süni intellekt gündəlik cari məsələlərin həllinə kömək etmək üçün nəzərdə tutulub və yeni, mübahisəli və ya yüksək siyasi cəhətdən həssas sahələri əhatə edənləri nəzərdən keçirərkən uyğun deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti