Toyu olacaq şəxslər şadlıq saraylarına şəxsiyyət vəsiqələrini verəcək - VİDEO

   Toyu olacaq şəxslər şadlıq saraylarına şəxsiyyət vəsiqələrini verəcək -    VİDEO
  28 Fevral 2024    Oxunub:1083
Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Xəzər televiziyası süjet hazırlayıb.

Belə ki, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabunçu RİH-dən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrinin təqdim edilməsinə göstəriş verilib.

Bəs toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

Daha ətraflı videoda:


AzVision.az


Teqlər:





Xəbər lenti