Britaniya Qəddafinin arvadına qoyduğu giriş qadağasını götürdü
Qəddafi və onun qohumlarına qarşı məhdudlaşdırıcı tədbirlər London tərəfindən BMT Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 saylı qətnaməsinə uyğun olaraq tətbiq edilib.
“Tətbiq edilən sanksiyalar” bölməsində Farkasın adının yanında indi yalnız “əmlakın müsadirəsi” yazılır, baxmayaraq ki, əvvəllər “giriş qadağası” sətri də var idi.
Farkaş Qəddafinin ikinci həyat yoldaşı və səkkiz uşağından yeddisinin anasıdır. Onlar 1970-ci ildə evlənmişdilər və Qəddafi 2011-ci ildə vətəndaş müharibəsi zamanı öldürülənə qədər birlikdə yaşayıblar.
Britaniya hökumətinin məlumatına görə, Farkasın Oman pasportu var. Onun hazırda Misirdə yaşadığı güman edilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: