Fransanın XİN rəhbəri sabah Yaxın Şərqə səfər edəcək

   Fransanın XİN rəhbəri sabah Yaxın Şərqə səfər edəcək
  02 Fevral 2024    Oxunub:1244
Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne regional gərginliyi azaltmaq yollarını axtarmaq üçün şənbə günü Yaxın Şərqə səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirib.
Nazir səfəri zamanı Misir, İordaniya və İsrailə gedəcək. Oradan isə Ramallaha (Fələstin) yola düşəcək. Fransa diplomatiyasının rəhbəri səfərini Livanda yekunlaşdıracaq.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Sejourne fevralın 6-da Fransaya qayıdacaq. Onun sözlərinə görə, nazirin səfərinin bir hissəsi Fransa prezidentinin Livan nizamlanması üzrə xüsusi nümayəndəsi Jan-İv Lö Drianın missiyası ilə əlaqələndirilib və o da yaxın vaxtlarda Beyruta səfər etməyi planlaşdırır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti