Ukrayna Rusiyadan 1 trilyon dollar təzminat tələb edəcək

   Ukrayna Rusiyadan    1 trilyon dollar təzminat    tələb edəcək
  02 Fevral 2024    Oxunub:1902
Rəsmi Kiyev Rusiya ilə müharibənin vurduğu zərərin dəyərini artırıb. İndi Ukrayna hökuməti buna görə Moskvadan 1 trilyon dollar almağı planlaşdırır.
AzVision.az bildirir ki, Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko telemarofon efirində belə bəyanat verib.

“Söhbət onların 300-350 milyarda dollarlıq qızıl-valyuta ehtiyatlarından getmir. Kiyevin hesablamalarına görə, söhbət 750 milyard dollarlıq birbaşa itkidən gedir. Bu rəqəmi 1 trilyon dollara çatdıra biləcək dolayı itkiləri də əlavə edin” , - Ustenko deyib.

Hələ 2022-ci ilin iyulunda Ukraynanın baş naziri Denis Şmıqal ölkənin bərpası üçün Rusiyanın Qərbdəki dondurulmuş ehtiyatlarından demək olar ki, iki dəfə çox - 750 milyard dollar tələb olunduğunu açıqlamışdı. O, Ukrayna hökumətinin dəyən rus ordusu tərəfindən vurulan bütün ziyanları ehtiva edən elektron xəritə hazırlayacağını vurğulayıb. Eyni zamanda, Şmıqala görə, Ukraynanın bərpasının əsas vəsait mənbəyi Rusiya və rus oliqarxlarının müsadirə edilmiş hesabları olmalıdır.

Qeyd edək ki, dünən Avropa Şurası Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən götrürləcək gəlirin Ukraynaya yardımın maliyyələşdirilməsi üçün istifadə edilməsi təklifini təsdiqləyib. Rusiya aktivlərindən götürülən gəlirlərin xüsusi hesablarda saxlanılacağı və lazımi vergilər silindikdən sonra pulların büdcəyə daxil olaraq Kiyevə yardıma gedəcəyi ehtimal edilir. Avropa Komissiyasının hesablamalarına görə, Rusiyanın Avropa İttifaqı ölkələrində yerləşdirilən aktivlərindən əldə olunan gəlir ildə 15-17 milyard avro təşkil edə bilər.

“Bloomberg” nəşrinin yazdığına görə, Rusiya hakimiyyəti artıq ehtiyatların müsadirə olunacağı təqdirdə hüquqi prosedurlara hazırlaşmağa başlayıb. Agentlik mənbələri qeyd edirlər ki, bu məsələ ilə bağlı müzakirələrdə iştirak edən rəsmilər ehtiyatlar müsadirə olunsa belə, məhkəmələr vasitəsilə Ukraynaya yüz milyardlarla dolların köçürülməsini dayandıra biləcəklərinə əmindirlər.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ukrayna   Rusiya   təzminat  





Xəbər lenti