Britaniyanın müdafiə naziri husilərin hücumunu pisləyib

   Britaniyanın müdafiə naziri husilərin hücumunu pisləyib
  27 Yanvar 2024    Oxunub:842
Böyük Britaniyanın müdafizə naziri Qrant Şepps husilərin bu gün səhər saatlarında Qırmızı dənizdə Britaniya neft tankerinə raket hücumunu "dözülməz və qeyri-qanuni" adlandırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Qırmızı dənizdə hərəkət azadlığını qorumaq borcumuzdur. Bu vəzifəyə daima sadiqik", - o vurğulayıb.

Xatırladaq ki, husilərin hücumu nəticəsində yanmağa başlayan "Marlin Luanda" adlı Britaniya tankeri yanğın söndürüldükdən sonra təhlükəsiz limana aparılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   gəmi   husilər   hücum  





Xəbər lenti