İrandakı səfirliyimizə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib

   İrandakı səfirliyimizə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib
  27 Yanvar 2024    Oxunub:955
Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məhkəmə iclası təqsirləndirilən şəxs və vəkillərinin, həmçinin Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxslərinin iştirakı ilə keçirilib.

İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.

Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur.

Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.

Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.

AzVision.az



Teqlər: səfirlik   hücum   məhkəmə  





Xəbər lenti