Ukrayna Qərbin tələbi ilə köçkünlərə ödənişləri ləğv edir

   Ukrayna Qərbin tələbi ilə köçkünlərə ödənişləri ləğv edir
  26 Yanvar 2024    Oxunub:756
2024-cü ilin martından Ukrayna hökuməti Qərb tərəfdaşlarının tələbləri ilə əlaqədar bəzi kateqoriyalı məcburi köçkünlərə yaşayış üçün ödənişləri ləğv edəcək.
Bu barədə Ukrayna baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşçuk bildirib. Onun sözlərinə görə, ölkədə büdcə gəlirləri azalır:

“Biz tərəfdaşlarımızın qərarları ilə birbaşa bağlıyıq. Tərəfdaşlar ödənişləri azaltmaq və ya optimallaşdırmaq üçün onları daim yoxlamaq tələbi ilə çıxış edirlər. Məsələ ondadır ki, beynəlxalq standartlara görə uyğunlaşmaq üçün iki il kifayətdir”.

O, 2023-cü ildə məcburi köçkünlərə ödənişlər üçün büdcədən 73 milyard qrivna (1,9 milyard dollar) ayrıldığını bildirib. 2024-cü ildə hökumət bu məbləği 57 milyard qrivenə (1,5 milyard dollar) endirməyi planlaşdırır.

Baş nazirin müavininin sözlərinə görə, Ukraynada təxminən 4,9 milyon insan məcburi köçkün hesab olunur. Onlardan 2,5 milyonu aylıq ödəniş alır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti