"Qəzzada səhiyyə infrastrukturuna 300-dən çox hücum olub" - ÜST

   "Qəzzada səhiyyə infrastrukturuna 300-dən çox hücum olub" -    ÜST
  26 Yanvar 2024    Oxunub:897
Oktyabrın 7-dən Qəzza zolağında səhiyyə infrastrukturuna 300-dən çox hücum həyata keçirilib.
AzVision.az xəbır verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer deyib. O bildirib ki, hücumlar nəticəsində 615 nəfər ölüb, 718 nəfər yaralanıb.

Lindmayerin sözlərinə görə, hücumlar zamanı 95 səhiyyə müəssisəsi, 85 təcili yardım maşını zərər görüb.

ÜST-ün məlumatına görə, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində səhiyyə sisteminə 358 dəfə hücum edilib, nəticədə 7 nəfər ölüb, 59 nəfər yaralanıb.

Hazırda Qəzza zolağında 36 tibb müəssisəsindən yalnız 14-ü işləyir - yeddisi şimalda, eyni sayda isə anklavın cənubundadır. Hamısı qismən işlək vəziyyətdədir. Qəzzanın cənubunda xəstəxanalar 340%, reanimasiya bölmələri isə 242% doludur.

AzVision.az


Teqlər:





Xəbər lenti