İsrail CAR-a uçuşları dayandırır
"2024-cü ilin mart ayının 27-si son reysdən sonra Yohannesburqa uçuşlar dayandırılacaq", - şirkətin bəyanatından deyilir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi bu gün Cənubi Afrika Respublikasının ittihamı əsasında İsrailin Qəzza zolağındakı müharibəsinə dair qərar çıxaracaq. Hava yolları şirkətinin gözlənilən qərar ərəfəsində adıçəkilən ölkəyə uçuşları ləğv etməsi maraq doğurur.
Firudin Həmidli
AzVision.az